|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasında görüş
|
Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq Ticarət Münasibətləri və Diplomatiya, Ümumdünya Ticarət Təşkilatı və onun əsas prinsipləri” mövzusunda müvafiq təlim kursu keçirilmişdir.
Ali təhsilin bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş təlim kursunu Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq qonaqları salamlamış və adı çəkilən təlim kursları çərçivəsində DİA-da ÜTT Katibliyinin rəsmisi, professor Conn Hankokun “ÜTT tarixçəsi, ÜTT-nin əsas prinsipləri və ÜTT və qlobal iqtisadi böhran” mövzusunda mühazirəsinin təşkilini müsbət hal kimi qiymətləndirərək ÜTT ilə ölkəmiz arasında əlaqələrin günbəgün genişləndiyini və Prezident cənab İlham Əliyevin bu istiqamətdəki səylərini xüsusi qeyd etmişdir.
ÜTT Katibliyinin rəsmisi, professor Con Hankok mühazirəsində təmsil etdiyi qurumun siyasi, iqtisadi, təhsil və digər sahələrdə gördüyü işlərdən, iqtisadi böhranın törətdiyi çətinliklərdən ətraflı danışmışdır. Cənab Hankok səmimi və maraqlı keçən görüş üçün DİA rəhbərliyinə təşəkkür etmiş, Akademiyanın professor-müəllimlərinin, habelə tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.
Sonda Dövlət İdarəçilik Akademiyasının rektoru, professor S.Qəndilov maraqlı çıxışına görə ÜTT rəsmisi Con Hankoka öz minnətdarlığını bildirmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti |
|
|
|
Untitled Document
|