Yanvarın 29-da Dövlət İdarəçilik Akademiyasında 2008-ci ildə plan üzrə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş “Azərbaycanda dövlət quruculuğu və idarəçilik prosesi yeni inkişaf mərhələsində” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, mövzu ətrafında geniş məlumat vermiş, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, əhəmiyyətini qeyd etmiş, bu istiqa mətdə Heydər Əliyev irsinin layiqli davamçısı ölkə başçısı cənab Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini bildirmişdir. Dövlət quruculuğu prosesinin yeni inkişaf mərhələsinin tarixi-siyasi aspektləri, fəlsəfi, hüquqi və informasiya təminatı, sosial-iqtisadi əsasları və mexanizmləri haqqında ətraflı məlumat vermişdir.
Prof. Məlikbaxış Babayev “Məntiqi düşüncənin idarəçilikdə rolu”, prof. Çingiz Xəlifəzadə “Müstəqillik şəraitində Azərbaycanın təbii ehtiyatlarından istifadənin idarə olunmasının başlıca prinsipləri”, dos. Flora Ağayeva “Dövlət qulluğunun sosial xarakteri” haqqınd a məruzələr etmiş, mövzular ətrafında fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşlər.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Bölmə iclaslarında Azərbaycanda idarəetmə mədəniyyətinin tarixi, praktiki-nəzəri məsələləri, Prezident İlham Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayğının yeni təzahürü, vətəndaş cəmiyyəti ilə hüquqi dövlətin qarşılıqlı əlaqəsində demokratik idarəetmənin rolu, regional inkişaf fondları və regional inkişafın tənzimlənməsi Azərbaycan Respublika sının 2006-2010-cu illər üçün davamlı inkişaf proqramında yoxsulluğun aradan qaldırılması yolları və digər mövzularda maraqlı çıxışlar, geniş fikir mübadiləsi olmuşdur.
Yekun iclasında bölmə rəhbərlərinin məlumatları dinlənilmişdir. Konfransın işinə yekun vuran rektor, gələcəkdə Akademiyada aparılacaq elmi işlər barədə irəli sürülmüş təklif və tövsiyələrin, ümumiyyətlə Akademiyada aparılan elmi-tədqiqat işlərinin əhəmiyyətindən və qarşıdakı illərdə görüləcək işlərin başlıca istiqamətlərindən danışmış və bu sahədə kollektivə yeni-yeni uğurlar arzulamışdır.
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|