|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasında “dəyirmi masa” keçirilmişdir
|
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir dövrdə Azərbaycan Respublikasında aparılan islahatlar və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Rəhbər kadrların ixtisasının artırılması fakültəsinin təşkil etdiyi tədbiri açan rektor, professor Seyf əddin Qəndilov “dəyirmi masa”nın aktual bir məsələyə həsr olunduğunu bildirdi. S.Qəndilov müdavimlərin dövlət idarəetməsi ilə əlaqədar nəzəriyyə və təcrübəyə əsaslanan bilikləri mənimsəmələrinin vacibliyini, bu işdə belə tədbirlərin səmərələliyini xüsusi qeyd edərək son illərdə Azərbasycanda aparılan islahatlar və dövlət idarəeet mə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışdı.
Tədbirdə ixtisasartırma fakültəsinin II kurs müdavimi Həmid Həbibov “Azərbaycanın milli dövlətçilik konsepsiyası və strategiyası”, I kurs müdavimi Qalib Rzayev “Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi”, II kurs müdavimi Fətəli Yəhyayev “İdarəetmə sistemində kadr islahatları” mövzusunda məruzələrlə çıxış etdilər.
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|