|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Aklademiyasında “Yeni il” yığıncağı
|
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə yığıncaq keçirilmişdir.
Yığıncağı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, müxtəlif zəngin hadisələrlə yadda qalan bu ilin ölkəmiz üçün çox uğurlu olduğunu qeyd etdi. Rektor başa vurduğumuz 2008-ci ildə əldə etdiyimiz uğurlardan danışdı. Bu uğurların qazanılmasında ümumm illi lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində ötən bir il ərzində ölkəmizdə görülmüş işlərin əhəmiyyətini vurğuladı. Rektor həmçinin ulu öndər Heydər Əliyevin başladığı işlərin davamı olan, əlamətdar günlərimiz sırasında öz məna və əhəmiyyətinə görə yer tutan, artıq hər il Dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd etdiyimiz bu bayramın yaranma tarixindən söz açdı. O, Heydər Əliyevin bu istiqamətdəki təşəbbüs və ideyalarını qeyd edərək, 1991-ci ildə hələ Ali Sovetin sədri işləyərkən onun təşəbbüsü ilə çıxarılan tarixi qərarın xalqımızın birlik və yekdilliyinin möhkəmlənməsi yolunda mühüm addım olduğunu bildirərək, hər bir xalqın güclü diasporaya malik olmasını, həmin xalqın həyatında mühüm əhəmiyyət kəsb etdiyini və bu baxımdan Heydər Əliyevin bu illər ərzində güclü diaspora yaratmaq üçün göstərdiyi səylərin artıq öz bəhrələrini verdiyini bildirdi. Hazırda dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimizin sıx birliyi naminə görülmüş işlərin məhz b u səylərin nəticə si olduğunu vurğuladı. Çıxışının sonunda rektor İdarəçilik Akademiyasının professor, müəllim və tələbələri və bütün kollektivi qarşıdan gələn yeni il münasibətilə təbrik edərək onlara həyatda və işlərində uğurlar arzuladı.
Tədbirdə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxundu.
Yığıncaq tələbələrin və incəsənət ustalarının təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatdı.
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|