|
Untitled Document
|
Untitled Document
|
DİA-da Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
|
Dekabrın 12-də Dövlət İdarəçilik Akademiyasının kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoymuş və ulu öndərin büstü olan zalda anım mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad etmişlər.
Anım mərasimini Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, xalqımızın böyük oğlu, müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini xatırlatmış, onun gördüyü işlərin dəyərindən danışmışdır. Rektor ulu öndər Heydər Əliyevin adının tarixə müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider, xalqın güvənc yeri və müdrik şəxsiyyət kimi əbədi həkk olunduğunu vurğulamışdır. Dahi öndərin milli dövlətçilik ənənələrinin yaranmasında xidmətləri həqiqətən də ölçüyəgəlməz dərəcədə çoxdur. Hələ sovetlər dövründə ulu öndər Heydər Əliyev fəaliyyəti ilə bugünkü müstəqilliyimizin atributlarını yaratdı. Onun mənalı həyatının hər bir səhifəsi Azərbaycan naminə şərəfli mücadilədən ibarətdir. Heydər Əliyev Azərbaycan uğrunda, sözün tam mənasında döyüşürdü və bu müqəddəs mübarizəni son nəfəsinədək davam etdirdi. Ümummilli lider respublikamızda sabitliyin və davamlı inkişafın təminatçısı kimi onun müəyyən etdiyi strategiyanın davam etdirilməsinə ən layiqli siyasi xadim olaraq cənab İlham Əliyevi görürdü. Heydər Əliyevin Azərbaycan xalqına olan sevgisini bütün varlığı ilə hiss edən Prezident İlham Əliyev bu gün ulu öndərin siyasətini uğurla davam etdirir və xalqımıza çox böyük töhfələr verir: yeni məktəblər, çəkilən yollar, körpülər, yeni iş yerləri və s. Bütün bunlar Heydər Əliyev yolunun davamlı və uzunömürlü olmasının məntiqi nəticəsidir. Azərbaycan xalqı Heydər Əliyevi daim rəhmətlə yad edəcək və əbədi olaraq ürəklərdə yaşadacaqdır.
Anım mərasimi digər natiqlərin ulu öndər Heydər Əliyevlə bağlı söylədikləri xatirələrlə davam etdirildi.
Sonda Yeni Azərbaycan Partiyasına qəbul olunan gənclərə partiya biletləri təqdim olundu.
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|