|
Untitled Document
|
Untitled Document
|
21-23 noyabr 2008-ci il tarixdə
“İnvestisiya müqavilələrinin hüquqi aspektləri”
mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. |
Azərbaycan Res publikasında uğurla həyata keçirilən iqtisadi islahatların davam etdirilməsi, biznesmühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi nəticəsində Azərbaycanda iqtisadi islahatların dərinləşməsi və gedən iqtisadi dəyişikliklər xarici kapitala “know-how”ya olan tələbi artırmışdır. Ölkədəki siyasi sabitlik və müşahidə olunan iqtisadi inkişaf xarici investorların ölkəmizin iqtisadiyyatına uzunmüddətli kapital qoymağa marağını artırıb. Ölkəmizə yatırılan investisiyalar iqtisadiyyatın dirçəlməsinə, ölkənin inkişafına, əhalinin işlə təmin olunmasına və həyat səviyyəsinin yüksəlməsinə apa rır. Azərbaycan Respublikasında yetərincə olan əmək və təbii resursların mövcudluğu xarici investisiyaların effektivliyinə zəmin yaradır. Bu prizmadan Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun hüquqi prinsiplərinin öyrənilməsi maraq dairəsinə çevrilmişdir.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan Hüquqla rı, Demokratiya və Sülh Problemləri üzrə YUNESCO Mərkəzi, Almaniyanın Kil Universiteti, Rusiyanın Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və Qazaxstanın Əl-Fərabi adına Milli Universiteti ilə birgə həyata keçirilən “Azərbaycan, Qazaxstan və Rusiyada xarici investisiya hüququ” layihəsi çərçivəsində 21-23 noyabr 2008-ci il tarixdə “İnvestisiya müqavilələrinin hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda Almaniya, Fransa, İngiltərə, Rusiya, Qazaxstan və bir necə beynəlxalq təşkilatların ekspert və elm xadim ləri məruzələrlə iştirak etmişlər. Konfrans Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Almaniya –Azərbaycan Ticarət Palatası (DAWF), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və digər dövlət və özəl qurumlar tərəfindən dəstəklənir.
Bununla yanaşı layihə çərçivəsində Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzinin nəzdində “İnvestisiya hüququ sektoru” yaradılıb. Layihə Almaniyanın Folksvaqen Fondunun dəstəyi ilə həyata keçirilir.
|
|
|
|
Untitled Document
|