Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Tədbir başlanmazdan əvvəl Dövlət himni səsləndi.
Tədbiri Akademiyanın rektoru, Akademik Urxan Ələkbərov açaraq İdarəçilik Akademiyasının professor-müəllim, tələbələri və bütün kollektivini Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara həyatda və işlərində uğurlar arzulamışdır.
Sonra Həmkarlar Komitəsinin sədri f.ü.f.d. Yusif Ağayev və “Sorğu” Sosial-siyasi araşdırmalar mərkəzinin rəhbəri dos. Rüfət Quliyev keçirdikləri sorğunun nəticələri barədə məlumat verdi və qalibləri I prorektor Ə.Abdullayev hədiyyələr, gül dəstələri və fəxri fərmanlarla təltif etdi:
İlin əsəri naminasiyası üzrə
“Beynəlxalq iqtisadi münasibətlər” kitabı, müəllif dos. Roza Əliyeva
İlin müəllimi naminasiyası üzrə
Dos. Əhmədova Firdovsiyyə, tarix kafedrası üzrə
İlin tələbəsi naminasiyası üzrə
Xudiyev Sərxanbəy, Siyasi-idarəetmə fakültəsi, IV kurs, 127 qr
Yığıncaq incəsənət ustalarının təqdim etdiyi ədəbi-bədii kompozisiya ilə başa çatdı.
Foto
DİA-nın Həmkarlar Komitəsi
|