Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Xəbərlər
• Elanlar
• Beynəlxalq əlaqələr
• Partnyorlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Ümumi məlumat
Elektron kitabxana
EBSCO məlumat bazası
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

DİA-da DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

Noyabrın 27-də Dövlət İdarəçilik Akademiyasında görkəmli filosof alim, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətənə, xalqa həsr olunmuş alim ömrü” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq tədbir iştirakçılarını və qonaqları salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyul 2008-ci il sərəncamına uyğun olaraq ölkəmizdə görkəmli alim, SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovun xatirəsinə həsr olunmuş geniş tədbirlər keçirildiyini bildirmişdir. Rektor Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında müstəsna rolunu qeyd etmişdir. O, Azərbaycan Milli  Elmlər Akademiyasında fəlsəfi tədqiqatlar aparan Fəlsəfə İnstitutunun yaradılması, BDU-nun tarix fakültəsinin nəzdində fəlsəfə şöbəsinin açılması Heydər Hüseynovun adı ilə bağlı olduğunu bir daha vurğulamışdır. Professor Seyfəddin Qəndilov Heydər Hüseynovu görkəmli filosof, əsl elm fədaisi kimi qiymətləndirmişdir. Rektor milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli şəkildə araşdıran alimin xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirdiyini xüsusi qeyd etmişdir.
Bakı Dövlət Universitetinin “Sosiologiya” kafedrasının müdiri, professor İzzət Rüstəmov “Heydər Hüseynov Azərbaycan “Fəlsəfə tarixi” elminin banisidir”, DİA-nın “Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri, professor Tofiq Rəsulov “Heydər Hüseynovun fəlsəfi ənənələri müstəqil Azərbaycanda yaşayır və inkişaf edir”, Azərbaycan Texniki Universitetinin “Fəlsəfə və politologiya” kafedrasının müdiri, professor Fərrux Ramazanov “Heydər Hüseynovun elmi və ictimai fəaliyyəti alimlik etikasının canlı təcəssümüdür” mövzusunda geniş və maraqlı çıxışlar etmişlər.
Tədbirin sonunda alimin qızı Leyla Hüseynova atası haqqında xatirələrini danışmış və Heydər Hüseynova göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına və akademiya rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.

DİA-nın Mətbuat və İnformasiya Xidməti                                          

 

Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document