|
Untitled Document
|
Untitled Document
DİA-da Çin mədəniyyət günləri
|
Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Çin mədəniyyət günləri” keçirilmişdir. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yan Yan, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini cənab Can Saodi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis köməkçisi Melelina, Çin Xalq Respublikasının ölkəmizdəki attaşesi cənab Qu Min iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan DİA-nm rektor əvəzi prof.Əlikram Abdullayev qonaqları salamlamış və bu önəmli tədbir haqqında ətrallı məlumat vermişdir. O, iki xalqın mədəni əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirmişdir. Onun sözlərinə görə, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq hər iki xalqın mənəvi və intellekual cəhətdən zənginləşməsinə imkan yaradır.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiriCan Yan Yan tədbirdə çıxış edərək bildirmişdir ki, “hazırda Çin ilə Azərbaycan arasında əlaqələr iki ölkənin ən ümdə milli maraqlarına xidmət edir. Bu əlaqələrin inkişafı milyonlarla çinli və azərbaycanlının birbaşa fəaliyyətinin nəticəsidir”. Səfir ölkələr arasında çoxtərəfli əlaqələrin və dostluğun kökünün çox-çox əvvələ gedib çıxdığını xüsusi qeyd etmişdir. Onun sözlərinə görə tarixdə Çin xalqının milli xüsusiyyətlərinin, etnik əlaqələrin geniş təsvirini gördükdə hiss etmək olar ki, əsrlərin dərinliyindən keçən iki ölkənin tarixi və mədəni bağlılığı həmişə mövcud olmuşdur.
Tədbirdə şərq mədəniyyətinin musiqi inciləri dinləyicilərin diqqətinə təqdim edilmişdir.
Foto
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|