|
Untitled Document
|
Untitled Document
|
Dövlət Idarəçilik Akademiyasında elmi-praktik konfrans keçirilmişdir |
Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda idarəetmə kadrlarının hazırlanmasının aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Heydər Əliyevin büstünün önünə əklillər qoyulmuş və ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov tədbir iştirakçılarını salamlamış, Ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz sahəsində gördüyü işlərdən danışaraq, onun dövlətçilik salnaməmizə yazdığı səhifələri bir daha vərəqləmiş, Heydər Əliyev dövlət idarəçilik irsinin öyrənilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, onun zəngin təcrübəsindən danışmış, bu irsin tələbə və müdavimlərə öyrədilməsi üçün Akademiyada görülmüş işlərdən, eyni zamanda elmi-praktik konfrans qarşısında duran vəzifələrdən söz açmışdır.
Gündəlikdə duran ilk məsələ ilə bağlı – “Heydər Əliyev və Azərbaycanın xarici siyaasət konsepsiyası” adlı geniş məruzə ilə Azərbaycan Respublikasının Prezident Aparatında ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Dövlət İdarəçilik Akademiyasının rektoru, prof. Seyfəddin Qəndilov “Heydər Əliyev və Dövlət idarəetmə kadrlarının hazırlanması” adlı geniş məruzə ilə çıxış etmişlər, konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.
Konfrans öz işini “Heydər Əliyev və Azərbaycanda idarəetmə kadrlarının hazırlanmasının tarixi-siyasi və hüquqi əsasları” və “Heydər Əliyev və Azərbaycanda idarəetmə kadrlarının hazırlanmasının sosial-iqtisadi və informativ istiqamətləri” adlı bölmələrdə davam etdirmişdir.
Sonda rektor, prof. Seyfəddin Qəndilov Heydər Əliyev şəxsiyyətinə böyük marağın getdikcə artdığı bir vaxtda onun bütün zamanlar üçün əhəmiyyətli olan irsinin daha dərindən öyrənilməsinə, bu istiqamətdə elmi araşdırmaların aparılmasına dair konfrans iştirakçılarına və tədqiqatçılara öz tövsiyələrini vermiş və gələcək işlərində uğurlar arzulamışdır.
DİA-nın Mətbuat və İnformasiya Xidməti Foto>>>
|
|
|
|
Untitled Document
|