|
Untitled Document
|
Untitled Document
|
Qırğızıstanın Bişkek şəhərində “Jaş İlimpoz 2011” adlı Gənclərin elmi forumu keçirilmişdir
|

Mayın 27-28-də Qırğızıstanın Bişkek şəhərində “Jaş İlimpoz 2011” adlı Gənclərin elmi forumu keçirilmişdir. Bu tədbirdə mərkəzi Asiya ölkələrinin Dövlət İdarəçiliyi sahəsində ixtisaslaşmış bir sıra nüfuzlu təşkilatların, o cümlədən Novosibirsk İdarəçilik Akademiyası, Rusiya Dövlət Gulluğu Akademiyası, Tacikistan, Qazaxıstan və digər MDB ölkələrinin Dövlət İdarəçilik Akademiyalarının nümayəndələri və çox nüfuzlu dövlət, siyasi və elm xadimləri iştirak etmişlər.
Tədbiri Qırğızıstan Respublikasının prezidenti Otunbayeva Roza İsakovna açmışdır. Forum üç istiqamət üzrə işçi qruplara bölünərək “Siyasi Modernləşdirmə şəraitində rəhbər kadrların hazırlanması problemləri”, “Siyasi Modernləşdirmə şəraitində Dövlət və Bələdiyyə idarəçilik sisteminin təkmilləşdirilməsi” və “Muasir biznesin və dövlətin əməkdaşları” maraqlı diskussiyalar və müzakirələrlə başa çatmışdır .
Forumda “Rəhbər kadrların ixtisasartırması” fakultəsinin əməkdaşı Əyyub Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil etmişdir. O, “Siyasi modernləşmə şəraitində dövlət və bələdiyyə idarəetmə sisteminin təkmilləşdirilməsinin prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxış forum iştirakçılarının marağına səbəb olmuşdur. Onu da qeyd edək ki, həmin tədbirdə 200-ə yaxın iştirakçı arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2-ci yeri qazanmışdır. Sonda bir sıra fərqlənən şəxslər, o cümlədən Ə.Kərimov 2-ci dərəcəli diplomla və sertifikat ilə təltif edilmişdir.
Foto
DİA-nın Beynəlxalq Əlaqələr şöbəsi
|
|
|
|
Untitled Document
|