|
Untitled Document
|
Untitled Document
Dövlət İdarəçilik Akademiyasının tələbələri "Bakının Birincisi" adlı turnirin bürünc mükafatını qazanmışlar
|

Ötən ilin aprelin 16-da "Park İnn" otelinin zalında get-gedə yaxşı ənənəyə çevrilən "Bakının Birincisi" adlı ikinci turnir keçirilmişdir. Turnirin əsası 2010-cu ildə Azərbaycan Dövlət Gənclər Təşkilatı tərəfindən qoyulmuşdur. Onun əsas ideyası şəhərimizin intellektual gəncləri üçün "ağıl oyunlarından" ən populyarı olan "Nə? Harada? Nə zaman?" oyununda öz qüvvələrini sınamağa imkan yaratmaqdır.
Bu il "Bakı Birincisi"nin təşkilatçıları və onu dəstəkləyənlər, o cümlədən Tələbə Gənclər Təşkilatı, onun prezidenti millət vəkili Fuad Muradov, təşkilat komitəsinin sədri Ayan Bəşirzadə, "Turan" İntellektual klubu və onun prezidenti V.Zeynalov, "FirstLine" kompaniyası tədbiri daha yüksək səviyyədə keçirməyə nail oldu. Tanınmış oyunçu, Belarusiya elitar klubunun prezidenti Ales Muxin yarışı aparmaq üçün Bakıya dəvət olunub.
Beş komandanın tərkibində Dövlət İdarəçilik Akademiyasının tələbələri oynayıb. Turnirin bürünc mükafatını qazanmış "Ekvilibrium" komandasında 3 nəfər - Fərrux Novruzov, Murad Muradov və Nadir Bağırov "Siyasi İdarəetmə" fakültəsinin IV kurs tələbələridir. Qeyd edək ki, "Ekvilibrium" 35-ci suala qədər (sualların sayı 36 idi) çempionluq uğrunda gərgin mübarizə aparırdı və axırda birinci yeri tutan "Everest" komandasına 2 xal uduzdu. 6-cı yerə və cənab Muxinin xüsusi tərifinə layiq görülən "Paradoks" komandasının uğuruna Akademiya tələbələri (komandanın kapitanı magistrant Ruslan Mirzəliyev və "Siyasi idarəetmə" fakültəsinin III kurs tələbələri İradə Əliyeva və Nigar İsmayılova) kömək etdilər. 7-ci yer tutan "Abşeron" komandasının tərkibi Akademiyanın indiki və keçmiş tələbələrindən yığılmışdır. 14-cü yerin sahibi "Kəpəz" komandası olub. Yenicə formalaşan "Smayliklər" komandası 20 ən yaxşı komandaların arasında olub.
Oyundan sonra iştirakçılar yekdil olaraq sualların bəzilərinin qəliz, amma bütövlükdə çox məntiqli və gözəl olduğunu qeyd etdilər.Təntənəli təltif mərasimindən sonra onlar juri üzvləri və aparıcı Ales Muxin ilə sərbəst ünsiyyət qurmuşdular. Turnirin qalibləri Belarusiyada keçiriləcək Breyn-Ring üzrə dünya çempionatına dəvət edilmişlər.
Foto
DİA-nın Tələbə-Gənclər Təşkilatı
|
|
|
|
Untitled Document
|