|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasında görüş keçirilmişdir
|
Martın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Tütkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənd Arasın "Dəyişən dünya sistemi və onun Cənubi Qafqaz regionuna təsiri" mövzusunda mühazirəsi dinlənilmişdir.
Tədbiri giriş sözü ilə açan Akademiyanın I prorektoru, prof. Əlikram Abdullayev bu mühazirənin çox aktual bir mövzuya həsr olunduğunu bildirmiş, Azərbaycan-Türkiyə əməkdaşlığının tarixi keçmişi, inkişaf mərhələləri və qarşılıqlı münasibətlərin müxtəlif sferalarında əldə edilmiş nailiyyətlərdən ətraflı söhbət açmışdır. Natiq Ümummilli Lider Heydər Əliyevin «Bir millət-iki dövlət» kəlamını xatırladaraq, Ulu Öndərin Azərbaycan-Türkiyə strateji əməkdaşlığının qurulması, qorunması və inkişafında göstərdiyi müstəsna xidmətlərini ön plana çəkmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq münasibətlərində tamamilə yeni bir mərhələnin başlandığını vurğulamışdır. Hər iki dövlətin iştirak etdiyi qlobal enerji layihələrinin reallaşması, türkdilli dövlətlər arasında dialoqun intensivləşməsi və bunun nəticəsi olaraq Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması, habelə digər əhəmiyyətli layihələrin meydana gəlməsi ilə xarakterizə olunduğunu bildirmişdir.
Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülənd Aras öz məruzəsində dəyişən dünya sistemi və onun Cənubi Qafqaz regionuna təsiri, Azərbaycanla Türkiyə arasında formalaşmış strateji əməkdaşlıq münasibətləri haqqında geniş və əhatəli məlumat vermişdir. O, konkret fakt və arqumentlərə əsaslanmaqla ikitərəfli münasibətlərin inkişaf dinamikasını açıb göstərmiş, bu prosesin siyasi, iqtisadi və hərbi-təhlükəsizlik ınüstəvisində təhlilini aparmışdır.
Sonda natiq dinləyicilərin çoxsaylı suallarını cavablandırmışdır.
Foto
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|