|
Untitled Document
|
Untitled Document
|
DİA-da TƏDBİR KEÇİRİLMİŞDİR
|
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor-müəllim, müdavim və tələbələr, eləcə də əməkdaşların iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Prezidentliyə namizəd cənab İlham Əliyevin vəkili Şəmsəddin Hacıyev, YAP Səbayel rayon təşkilatının sədri Zahid Qaralov, millət vəkili Fuad Muradov və təbliğat qrupunun üzvləri iştirak etmişlər.
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov son beş ildə Azərbaycanda mühüm uğurlara imza atıldığını, sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyalarının hıyata keçirildiyini qeyd etmişdir. Eyni zamanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmlənmiş, milli iqtisadiyyatın dinamik inkişafı sayəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Cənab İlham Əliyevin beş illik fəaliyyəti nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu get-gedə artmaqdadır. Bu gün Azərbaycanda təhsil, elm və mədəniyyətin inkişafı üçün geniş və səmərəli tədbirlər həyata keçirilir. İqtisadiyyatın müxtəlif sahələrində çalışanların əmək haqqları artırılmış, çoxlu yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi xeyli aşağı salınmışdır. Ölkəmizdə həyata keçirilən siyasi və hüquqi islahatlar dövlət idarəçiliyinin çevik sistemini yaratmağa imkan vermişdir. Seyfəddin Qəndilov çıxışının sonunda tədbir iştirakçılarını qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə - cənab İlham Əliyevə və bununla birgə ölkənin gələcək tərəqqi və yüksəlişinə səs verməyə çağırmışdır.
Tədbirdə DİA-nın “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının müdiri, dosent Roza Əliyeva, dosent Mustafa İsgəndərzadə, tələbələrdən – “İnzibati İdarəetmə” fakültəsinin II kurs tələbəsi Lalə Axundova, “İxtisasartırma” fakültəsinin I kurs müdavimi Elnur Əliyev öz çıxışlarında seçiciləri oktyabrın 15-də cənab İlham Əliyevə səs verməyə çağırmışlar.
FOTO>>>
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|