|
Untitled Document
|
Untitled Document
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Mərkəzi Florida Universitetinin Siyasi elmlər şöbəsinin rəhbəri, professor Houman A.Sadri ilə görüş olmuşdur
|
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Mərkəzi Florida Universitetinin Siyasi elmlər şöbəsinin rəhbəri, professor Houman A.Sadri ilə görüş olmuşdur. Qonağı səmimi salamladıqdan sonra Akademiyanın I prorektoru prof. Ə.Abdullayev, ölkələrimiz arasında təhsil sahəsində qurulan münasibətlərdən, aparılan islahatlardan və ikitərəfli əlaqələrin önəmindən danışmışdır. O, həmçinin Akademiyanın bir sıra beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələrin uğurla nəticələnməsini xüsusi vurğulamışdır.
Öz növbəsində qonaq təmsil etdiyi Universitet haqqında, burada tətbiq olunan informasiya texnologiyalarının təhsil sistemindəki yeri və rolu barəsində ətraflı məlumat vermişdir. O, gələcəkdə ikitərəfli əlaqələrin qurulmasında maraqlı tərəf olduğunu qeyd etmişdir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə həm təhsil, həm də dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində əməkdaşlığın perspektivləri də müzakirə edilmişdir.
Foto
DİA-nın Beynəlxalq Əlaqələr şöbəsi
|
|
|
|
Untitled Document
|