|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğu günü qeyd olunmuşdur
|
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanındna Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluqçularının peşə bayramı - «Beynəlxalq dövlət qulluğu günü»nə həsr olunmuş «Azərbaycanda dövlət qulluğu: konseptual əsaslar və islahatlar strategiyası» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı Akademi yanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq peşə bayramı münasibəti ilə dövlət qulluqçularını təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Rektor artıq ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyindən danışmış, dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə ümummilli liderimiz Heydər Əliyevin töhfəsini, dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatların nəticəsində bu sahədə olan irəliləyişlərdən söz açaraq, bu məsələlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını vurğulamışdır. Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor Dövlət Qulluğunu İdarəetmə Şurasına Prezidentin İcra aparatının rəhbəri, uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan akademik Ramiz Mehdiyevin başçılıq etməsi də bu qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildir mişdir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov «Azərbaycanda dövlət qulluğunun inkişafı», DİA-nın "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının baş müəllimi Eldar Aslanov «Azərbaycan Respublikasında Dövlət sektorunda işləyənlərin statusu» , DİA-nın "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının müəllimi, hüquq elmləri namizədi Rövşən Əzizov «Azərbaycan Respublikasında kadr təminatının proqnozlaşdırılması» haqqında məruzə ilə çıxış edərək dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunan nailiyyətlərdən söz açmışlar.
Konfrans ümumi müzakirələrlə başa çatmışdır.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|