|
Untitled Document
|
Untitled Document
|
Dövlət İdarəçilik Akademiyasında Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüş olmuşdur.
|

Oktyabrın 27-də Dövlət İdarəçilik Akademiyasında Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüş olmuşdur.
Qonağı səmimi qəbul edən Akademiyanın tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev ölkələrimiz arasında təhsil sahəsində aparılan islahatlardan və ikitərəfli əlaqələrin önəmindən danışmışdır.
Öz növbəsində qonaq səmimi görüşdən razı qaldığını bildirmiş və iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün layihələrdən bəhs etmişdir. Gələcək planlar arasında Rusiya Dövlət Qulluğu Akademiyası və Xalq Təsərrüfatı Akademiyası ilə ikitərəfli mübadilə proqramlarının hazırlanması və s. olduğu bildirilmişdir.
Foto
DİA-nın Beynəlxalq Əlaqələr şöbəsi
|
|
|
|
Untitled Document
|