|
Untitled Document
|
Untitled Document
| Dövlət İdarəçilik Akademiyasında Xocalı faciəsi anılmışdır |
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasim başlamazdan əvvəl soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, tariximizin salnaməsinə qara səhifə kimi düşmüş bu hadisəni təfərrüatı ilə açıqlamış, erməni separatçılarının terrorçu dəstələrinin əsrlər boyu "Böyük Ermənistan" yaratmaq xülyası ilə xalqımıza qarşı daim apardıqları təxribatları qeyd edərək, Xocalıda vəhşicəsinə həyata keçirilən, tarixdə analoqu olmayan bu hadisədən danışmış, yalnız Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başımıza gətirilən fəlakətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönümündə onun gördüyü işləri xatırlatmışdır. Rektor Dünya azərbaycanlılarının bu istiqamətdə haqq səsimizin bütün dünyaya çatdırılmasının zəruriliyini vurğulamış, bütün həmvətənlərimizin bu yönümdə səfərbər olaraq gördüyü işlərin əhəmiyyətini bildirmiş, həmçinin torpaqlarımızın azad olunması istiqamətində xalqımızın möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında birləşməsinin vacibliyini qeyd etmişdir.
Yığıncaqda Siyasi İdarəetmə fakültəsinin dekan müavini Siyasi elmlər namizədi, dosent Elçin Əhmədov, dosent Ziyəddin Məhərrəmov və əslən Xocalıdan olan Siyasi İdarəetmə fakültəsinin IV kurs tələbəsi Əliyev Tariyel çıxışlarında soyqırımla bağlı xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, fəlakətlərimizin baiskarları barədə dünya ictimaiyyətini hər zaman məlumatlandırmağın vacibliyini qeyd etmişlər.
Sonda Akademiya tələbələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
DİA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|