|
Untitled Document
|
Untitled Document
|
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA XOCALI FACİƏSİ ANILMIŞDIR |
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim başlamazdan əvvəl soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, tariximizin salnaməsinə qara səhifə kimi düşmüş bu faciəni təfərrüatı ilə açıqlamış, erməni separatçılarının terrorçu dəstələrinin əsrlər boyu «Böyük Ermənistan» yaratmaq xülyası ilə xalqımıza qarşı daim apardıqları təxribatları qeyd edərək, Xocalıda vəhşicəsinə həyata keçirilən, tarixdə analoqu olmayan bu hadisədən danışmış, yalnız Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başımıza gətirilən fəlakətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması yönümündə onun gördüyü işləri xatırlatmışdır. Rektor Dünya azərbaycanlılarının bu istiqamətdəki işlərlə haqq səsimizin bütün dünyaya çatdırılmasının zəruriliyini vurğulamış, bütün həmvətənlərimizin bu yönümdə səfərbər olaraq gördüyü işlərin əhəmiyyətini bildirmiş, həmçinin torpaqlarımızın azad olunması istiqamətində xalqımızın möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında birləşməsinin vacibliyini qeyd etmişdir.
Yığıncaqda Şuşa rayonunun İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, əslən Xocalıdan olan millət vəkilləri Elman Məmmədov, Həvva Məmmədova və Dağlıq Qarabağın Azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının sədri Mehdi Abdullayev soyqırımla bağlı xalqımızın başına gətirilmiş müsibətlərdən danışmış, fəlakətlərimizin baiskarı barədə dünya ictimaiyyətini hər zaman məlumatlandırmağın vacibliyini qeyd etmişlər. Daha sonra DİA-nın Yunesko və “DOSTLUQ” Gənclərin Əlaqələndirmə Mərkəzinın birgə fəaliyyəti ilə reallaşmış http://www.garabagh.ws/ interner portalının materialları əsasında hazırlanmış “Xocalı Soyqırımı” adlı slaydın nümayişi olmuşdur.
Sonda respublikanın əməkdar artisti Ağalar Bayramovun və akademiya tələbələrinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir.
Foto
DIA-nın Mətbuat və İnformasiya Xidməti
|
|
|
|
Untitled Document
|