20.06.2011
Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov, Nazirlər Kabinetinin rəsmiləri, məcburi köçkün rayonların icra hakimiyyəti başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatlar və beynəlxalq humanitar təşkilatların nümayəndələri qatılıblar.
daha ətraflı >>> |
|
17.06.2011
20 İYUN ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜDÜR
Azərbaycan Hükuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə təşkil olunan Ümumdünya Qaçqınlar gününə həsr olunmuş tədbir bazar ertəsi, 20 iyun 2011-ci il tarixdə, saat 16.00-da, Bakı şəhəri, Lermontov küçəsi 74 ünvanında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası binasının 2-ci mərtəbəsində, əsas konfrans zalında keçiriləcəkdir.
Bu tədbir birbaşa olaraq http://vks.marco.az saytında göstəriləcəkdir. (пользователь: guests ) |
17.06.2011
İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında Turkiyənin nüfuzlu Gazi Universitetinin professoru İhsan Erdoğan və Beykent Universitetinin professoru Selahettin Sari ilə goruş kecirilmişdir. Qonaqları səmimi qarsıladıqdan sonra Akademiyanın rektor əvəzi prof. Ə.Abdullayev ölkələrimiz arasında mövcud olan hərtərəfli dostluq əlaqələrinin inkisafını xüsusi qeyd etmiş və Dövlət İdarəcilik Akademiyasının Turkiyə Respublikasının qabaqcıl Universitetləri ilə əməkdaşlığa daim hazır olduğunu xüsusi vurğulamısdır.
daha ətraflı >>> |
|
14.06.2011
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş «Elmi əsaslara söykənən strategiya müasirləşmə və davamlı inkişafın mühüm amili kimi» mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
daha ətraflı >>> |
10.06.2011
İyunun 10-da Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri cənab Can Yanyan və səfirliyinin Attaşesi Qu Min Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olmuşdur.
Qonağı qəbul etdikdən sonra Akademiyanın rektor əvəzi prof. Ə.Abdullayev ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf istiqamətində qurulmasından danışmışdır.
daha ətraflı >>> |
|
02.06.2011
Mayın 27-28-də Qırğızıstanın Bişkek şəhərində “Jaş İlimpoz 2011” adlı Gənclərin elmi forumu keçirilmişdir. ..
Forumda “Rəhbər kadrların ixtisasartırması” fakultəsinin əməkdaşı Əyyub Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil etmişdir.
daha ətraflı >>> |
27.05.2011
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 28 may Respublika gününə həsr olunmuş «Azərbaycan istiqlal yollarında: tarix və müasirlik» mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
daha ətraflı >>> |
|
26.05.2011
Belarusiya Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru Anatoliy Morozeviç Minsk metrosundakı faciəli hadisələrlə əlaqədar ona ünvanlanmış başsağlığına görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi professor Əlikram Abdullayevə cavab məktubu göndərmişdir.
məktubun məzmunu >>>
|
19.05.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları" istiqaməti üzrə keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
daha ətraflı >>> |
|
16.05.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası aşağıdakı kafedralarda vakant vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR
daha ətraflı >>>
|
13.05.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış şair, dramaturq, AYB-nin üzvü (1954), Azərbaycanın Əməkdar incəsənət xadimi (1981), filologiya elmləri namizədi (1965), Azərbaycanın Xalq şairi (2005), “Şöhrət” (2001) və “Şərəf” (2011) ordenli professor Nəriman Həsənzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
daha ətraflı >>> |
|
11.05.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovun məruzəsi Avropa Tələbələr Birliyinin Brüsseldə 2011-ci il mart ayında nəşr edilən "Heç bir tələbə kənarda qalmasın" adlı kitabda dərc olunmuşdur. Bu nəşr Avropa Komissiyasının dəstəyilə həyata keçirilən "Boloniya Sisteminə tələbələrin töhfələrinin artırılması" layihəsinin bir hissəsidir.
məruzənin mətni >>> |