Untitled Document
|
|
|
|
|
PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ
|
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Azərbaycan Respublikasının Milli Məclisi


İŞĞAL OLUNMUŞ RAYONLAR HAQQINDA QISA MƏLUMAT

Kəlbəcər
İşğal olunmuşdur –
1993-cü il 2 aprel
Ərazisi -1936 km2
Əhalisinin sayı -55000
Şəhid olmuşdur -217
Əlil olmuşdur -49
Milli qəhrəmanlar -2
Xocavənd
İşğal olunmuşdur -
1992-cü il 2 oktyabr
Ərazisi -1458 km2
Əhalisinin sayı -9011
Şəhid olmuşdur -145
Əlil olmuşdur -48
Ağdam
İşğal olunmuşdur -
1993 – cü il 23 iyul
Ərazisi -1154 km2
Əhalinin sayı -158000
Şəhid olmuşdur -538
Əlil olmuşdur -587
Milli qəhramanlar -17
Laçın
İşğal olunğuşdur -
1992 – ci il 18 may
Ərazisi -1875 km2
Əhalinin sayı -60000
Şəhid olmuşdur -259
Əlil olmuşdur -225
Milli qəhramanlar -6
Şuşa
İşğal olunmuşdur -
1992 - ci il 8 may
Ərazisi -289 km2
Əhalinin sayı -24900
Şəhid olmuşdur -193
Əlil olmuşdur -102
Milli qəhramanlar -5
Xocalı
İşğal olunmuşdur -
1992-cü il 26 fevral
Ərazisi -970 km2
Əhalinin sayı -11567
Şəhid olmuşdur -613
Əlil olmuşdur -657
Milli qəhrəmanlar -10
Cəbrayıl
İşğal olunmuşdur -
1993 – cü il 23 avqust
Ərazisi -1050 km2
Əhalinin sayı -52049
Şəhid olmuşdur -347
Əlil olmuşdur -172
Milli qəhramanlar -4
Füzuli
İşğal olunmuşdur -
1993 – cü il 23 avqust
Ərazisi -1112 km2
Əhalinin sayı -95940
Şəhid olmuşdur -528
Əlil olmuşdur 1309
Milli qəhramanlar -6
Qubadlı
İşğal olunmuşdur -
1993-cü il 31 avqust
Ərazisi -826 km2
Əhalinin sayı -33800
Şəhid olmuşdur -232
Əlil olmuşdur -146
Zəngilan
İşğal olunmuşdur -
1993-çü il 29 oktyabr
Ərazisi -707 km2
Əhalinin sayı -35500
Şəhid olmuşdur -191
Əlil olmuşdur -110
Milli qəhrəmanlar -2
|
|
Untitled Document
__________________XƏBƏRLƏR__________________ <<arxiv>>
|
28.04.2010
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
21.04.2010
Azərbaycanda dövlət idarəçilik nəzəriyyəsinə dair
ilk dərslik -
"DÖVLƏT İDARƏÇİLİK NƏZƏRİYYƏSİ"
adlı kitab işıq üzü görmüşdür.
Kitabın müəlliflər kollektivinin rəhbəri və baş redaktoru
əməkdar elm xadimi, professor
Seyfəddin Qəndilovdur.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
20.04.2010

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı şəhər Veteranlar Şurasının və Böyük Vətən müharibəsinin veteranlarının iştirakı ilə qələbənin 65-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
19.04.2010

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aprel ayının 12-dən 17-dək “Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları” istiqaməti üzrə keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
15.04.2010

09-11 aprel 2010-cu il tarixdə Almaniyanın Kil şəhərində “Azərbaycan, Qazaxıstan və Rusiyada xarici investisiyalar hüququ” layihəsinin yekun elmi-praktik konfransı keçirilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
11.04.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov Belarus Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının rektoru, professor A.N.Morozeviçin dəvəti ilə Avrasiya İqtisadi Birlik Ölkələrinin dövlət idarəçiliyi və dövlət qulluğu akademiya və institutları rektorlarının görüşü çərçivəsində bu il martın 25-dən 31-dək Belarusun paytaxtı Minsk şəhərində olmuşdur.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
07.04.2010
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış alim, “Beynəlxalq əlaqələr və xarici siyasət” kafedrasının professoru, tarix elmləri doktoru Namiq Axundovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
31.03.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 mart - azərbaycanlıların soyqırımının anım günü keçirillmişdir.
Yığıncaq başlanmazdan əvvəl Soyqırımın günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
18.03.2010
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə yığıncaq keçirilmişdir.
Tədbiri Akademiyanın rektoru, əməkdar elm xadimi, prof. Seyfəddin Qəndilov açaraq kollektivin bütün üzvlərini bayram münasibətilə təbrik etmiş, hamıya cansağlığı, gözəl bahar əhval-ruhiyyəsi, bol-bol sevinc, ruzi-bərəkət, firavan günlər arzulamışdır.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
15.03.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrə kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
05.03.2010
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
27.02.2010
Fevral ayının 27-də Dövlət İdarəçilik Akademiyasının Diskussiya Klubu “İnsan alverinə qarşı mübarizə: reallıq və perspektivlər” mövzusunda elmi-maarifləndirici seminar keçirdi. Seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis, polkovnik-leytenant Fuad Əliyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədr müavini Vəfa Saleh və Diskussiya Klubunun üzvləri iştirak edirdilər.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
24.02.2010
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim başlamazdan əvvəl soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
20.02.2010
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”nı təmin etmək məqsədilə Dövlət İdarəçilik Akademiyasında Xocalı faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq olunmuşdur (ƏMR № 23/26 15 fevral 2010-cu il).
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
17.02.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” üzrə kursda İcra Hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
27.01.2010
Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasında 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş “Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsinin elmi əsasları: reallıqlar, problemlər, perspektivlər” mövzusunda elmi konfrans keçirilmişdir.
(Məqalə: "Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsinin elmi əsasları: reallıqlar, problemlər, perspektivlər". 29.01.2010 "Xalq qəzeti")
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
18.01.2010
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Yığıncaq başlanmazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
16.01.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 11-16 yanvar 2010-cu il tarixində keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
“Azərbaycan Respublikasının xarici siyasəti” proqramı üzrə kursda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişdir.
daha ətraflı
>>>
------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------
|
|
|
|
Untitled Document
|

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.
Heydər Əliyev
AZƏRBAYCAN DÖVLƏTİNİN RƏMZLƏRİ |
Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

DÖVLƏT BAYRAĞI
Azərbaycan Respublikasının müstəqillik rəmzi olan üç rəngli, ay-ulduzlu bayraq 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Bayraqdakı mavi rəng türkçülüyü, qırmızı müasirliyi, yaşıl islam ideologiyasını ifadə edir.
Bayrağımızdakı aypara şəklinin maraqlı tarixi var. 1453-cü ildə Konstantinopol (indiki İstanbul şəhəri) Osmanlı sultanı II Mehmed Fateh tərəfindən fəth edildi. Osmanlı türkləri aypara işarəsini özlərinin dövlət rəmzi kimi qəbul etdilər. Bir müddət sonra Osmanlı imperiyası bütün dünyada islamın təmsilçisinə çevrildi. Beləliklə, aypara müsəlman aləmində həmrəylik, hürriyyət, yardım rəmzi kimi qəbul edildi. Hazırda bir sıra müsəlman dövlətlərinin bayrağında bu rəmzi görmək olar.
Səkkizguşəli ulduza gəldikdə isə, bu element Azərbaycan memarlıq, zərgərlik, şəbəkə sənətində geniş yayılmış ornament növlərindəndir. Belə bir fikir də var ki, səkkiz guşə “Azərbaycan” sözünün ərəb əlifbası ilə yazılışındakı 8 hərfi işarədir.

DÖVLƏT GERBİ
Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Musiqisi:
Üzeyir Hacıbəyovun
Sözləri:
Əhməd Cavadındır
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
|
|
|