Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Beynəlxalq əlaqələr
• Xəbərlər
• Elanlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document
TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

Akademiyanın elmi fəaliyyətinin bir istiqaməti də fakültələrdə tələbə elmi cəmiyyətlərinin işinin təşkili, tələbə və müdavimlərin elmi yaradıcılığının inkişaf etdirilməsi təşkil edir. Bu işdə rektorluğun ümumi rəhbərliyi altında fəaliyyət göstərən, ətrafında yüzə yaxın tələbə və müdavimləri birləşdirən DİA Tələbə Elmi Cəmiyyəti (TEC) xüsusi rol oynayır. Tələbə və müdavimlərin elmi-tədqiqat və yaradıcılıq işləri tədrislə sıx əlaqəli təşkil olunjkur.
TEC öz işini Akademiyanın Böyük Elmi Şurası tərəfındən hər tədris ili üçün təsdiq olunan iş planı əsasında qurur. Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində tələbə, magistr və müdavimlərin elmi-tədqiqat işlərinin təşkili əsas yer tutur və bu iş tədrislə sıx əlaqəli şəkildə aparılır.
Tələbə elmi işlərinin məzmunu ümumakademiya elmi problemləri və kafedraların elmi-tədqiqat işlərinin istiqamətinə uyğun olaraq müəyyən olunur. Tələbə və müdavimlərin elmi-tədqiqat və yaradıcılıq işləri bir neçə mərhələdə təşkil olunur. Belə ki, hər il bununla əlaqədar fakültələr üzrə “Elmi-tədqiqat işinin məzmunu və metodoloji əsasları” və "Kitabxanada elmi ədəbiyyatla iş metodikası" mövzularında seminar-treninqlər keçirilir. Tədris ili ərzində yaradıcılıq işinin gedişində tələbə və müdavimlərə kafedralarla birgə 3 mərhələdə elmi məsləhətlər təşkil olunur.
DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun Tələbə Elmi Cəmiyyətinin işinə göstərdiyi diqqət və qayğısı sayəsində hər tədris ilinin sonunda tələbə elmi-tədqiqat işlərinin nəticələrinə dair yekun konfransları keçirilir və konfrans materialları çap edilir.
Azərbaycanın müstəqilliyinin bərpasının 10 illik yubileyi münasibətilə “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin aktual problemləri” mövzusunda magistratura şöbəsi ilə birlikdə elmi-praktik konfrans (10 dekabr 2001-ci il), Azərbaycan Xalq Cümhuriyyətinin 85-ci ildönümünə həsr olunmuş dəyirmi masanın, ixtisasartırma fakültəsi ilə birgə “Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşması problemləri və inkişaf perspektivləri”, “Heydər Əliyevin iqtisadi strategiyası fəaliyyətdədir: Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” mövzularında, DİA-nın Həmkarlar Komitəsi ilə birgə “Azərbaycan insan, vətəndaş hüquq vo azadlıqlarının təmin edilməsi mexanizmində Həmkarlar təşkilatlarının rolu” mövzularında müdavimlərin iştirakı ilə dəyirmi masalar, fakültə və kafedralarla birgə bir sıra digər tədbirlər həyata keçirilmişdir.
Bütün bunlarla yanaşi TEC üzvləri həm də Respublika və beynəlxalq səviyyələrdə, digər ali məktəblərdə keçirilən elmi konfranslarda TEC üzvlərinin iştirakı təşkil olunur, onlar bu konfranslarda fəal iştirak edir, diplomlar alırlar.
TEC üzvləri Bakı Slavyan Universitetində, Qərb Universitetində, Qafqaz Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, həmçinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Vergi Nazirliyi, Gənclər, və İdman Nazirliyi xətti ilə keçirilən elmi-konfranslarda fəal iştirak etmişlər.
Akademiyanın tələbə, magistr və müdavimləri Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi Respublika-elmi konfrans və olimpiadalarda fəal iştirak etmışlər.
Akademiyanın TEC üzvləri beynəlxalq konfranslarda, elmi müsabiqələrdə fəal iştirak edir, fəxri fərmanlarla, diplomlarla təltif olunurlar. DİA-nın TEC üzvləri ulu öndərimiz Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş tədbirlərə də böyük həvəs və maraqla qoşulmuş, 2 may 2008-ci il tarixində "Heydər Əliyev: Azərbaycanın uğurlu gələcəyinə möhkəm təminat yaradan ümummilli lider" mövzusunda keçirilən elmi konfransın işində fəal iştirak etmişlər.
DİA TEC-nin üzvləri bu istiqamətdə respublikamızda keçirilən tədbirlərdə də Akademiyamızı yüksək səviyyədə təmsil etmişlər. Belə ki, Akademiyanın TEC üzvləri 2003-cü ilin mayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş ali məktəb tələbələrinin XIX Respublika elmi konfransında fəal iştirak etmiş, diplomlara layiq görülmüşlər.









































Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document