Untitled Document
Untitled Document
AZ RU EN
• About site
• Decree about creation of the academy
• Education
Scientific priorities
Admotting Rules to academy
• Structure of the academy
• International relations
• News
• Announcements
Rector
Great Scientific Council
Scientific and Methodological Council
Specialized Council for the Defence of Dissertationsl
Division of Scientific and Methotological Council
Scientific part

• Professional development and Further Training
• Administration Management
• Political Administration

Of civil service and personnel policy
Of public administration and management
Of computer technologies at the public administration
Of legal support for state administration
Of  State-building and Law
Of State regulation of the economy
Of political science and political management
Of international relations and foreign policy
Of History
Of  Philosophy and Social Psychology
Of languages

General information
E-library
EBSCO information base
Books
Journals
• Trade-union Committee
• Student-Youths Organization
• Student Scientific Society

GRANTEE
OF PRESIDENT
USEFUL LINKS

President of Azerbaijan

Cabinet of Ministers of the Republic of Azerbaijan

Milli Mejlis of the Republic of Azerbaijan


www.heydar-aliyev.org

www.azerbaijan.az

www.state.gov.az

www.edu.gov.az


www.justiceforkhojaly.org

 
Untitled Document

STUDENT YOUTHS ORGANIZATION

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə-Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyinin müvafıq sərəncamına əsasən 2005-ci ildə yaradılmışdır. TGT öz daxili strukturunu formalaşdırdıqdan və ətrafına xeyli sayda tələbələr cəlb etdikdən sonra bir sıra istiqamətlərdə fəaliyyətə başlamışdır. Həmin dövrdən etibarən TGT nəzdində fəaliyyət göstərən klublar yaranmış, Akademiyanın potensial fəal tələbələrin üzə çıxarılmasına, bir sıra layihələrin gerçəkləşdirilməsinə nail olunmuşdur. Klublar arasında öz geniş fəaliyyətinə və ətrafına cəlb etdiyi tələbələrin sayına görə Dövlət İdarəçilik Akademiyasının Debat"Kim? Nə? Harada?" klubları seçilmişlər. Akademiya tələbələri arasında informasiya mübadiləsini sürətləndirmək, fakültələr arasındakı əlaqəni möhkəmləndirmək məqsədilə akademiya tələbələrinin yahoogroup-u istifadəyə verilmişdir. 2006-cı il Yeni il Bayramı ərəfəsində TGT akademiya tələbələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq evlərindən birinə səfər təşkil etmişdir. Eyni zamanda 2007-ci ilin aprel ayında Dövlət İdarəçilik Akademiyasının SİFE ("Azad Sahibkarlıqda Tələbələr") komandası formalaşmış, həmin ilin may ayında SİFE-ın Azərbaycan üzrə koordinatorluğunun, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən 2-ci Azərbaycan SİFE çempionatında 3-cü yerə və 2 nominasiya üzrə mükafatlara layiq görülmüşdür.
2007-2008-ci illər ərzində   TGT-in   fəaliyyətində   keyfıyyətcə yeni istiqamətlər formalaşmışdır. TGT nəzdində fəaliyyət göstərən klubların sayı xeyli artmışdır. Belə ki, artıq bu dövrdə Debat Klub və "Kim? Nə? Harada?" klubları ilə yanaşı, 2007-ci ilin aprel ayında formalaşan Akademiyanın SİFE ("Azad Sahibkarlıqda Tələbələr") komandası da öz fəaliyyətini genişləndirmiş , "Kompyuter Oyunları Klubu", Gitaristlər klubu fəaliyyətə başlamışlar. 2008-ci ildə Akademiyanın "BMT TŞ" debat klubu 5-ci Bakı Debat Turnirinin qalibi adını qazanmış, Stolüstü Oyunlar üzrə Səbayıl rayonu üzrə keçirilən yarışda Dövlət İdarəçilik Akademiyası 1-ci уеrə layiq görülmüş, Dövlət İdarəçilik Akademiyasının SİFE komandası 2008-ci il 30 may tarixində keçirilən 3-cü Respublika SİFE çempionatında "Ən yaxşı veb-layihə" nominasiyasında mükafat əldə etmişdir. Akademiyada təhsil alan tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, tələbələr arasında kitab oxumağa meyli gücləndirmək məqsədilə TGT akademiya daxilində kitab aksiyasını həyata keçirməyə nail olmuşdur.
Dövlət  İdarəçilik  Akademiyası 2008-ci ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən yarışlarda da iştirak  etmiş və yüksək nailiyyətlər əldə etmişdir. Noyabr  ayının 8-də  Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən siyasi biliklər üzrə olimpiadada Akademiyamızın tələbələri 1-ci yerə layiq görülmüşlər. Noyabr ayının 11-də isə Dövlət İdarəçilik Akademiyası  “Sağlam həyat tərzi bizim amalımızdır” devizi altında keçirilən mütəhərrik oyunlar üzrə  estafetdə 2-ci olmuşdur. Tələbə-Gənclər Təşkilatı noyabr ayının 14-də ali təhsil müəssisələrinin yaradıcı gənclərinin iştirakı ilə Ağdam rayonunun hərbi hissəsində keçirilən əsgərlərlə görüşdə də iştirak etmiş, sərhəddə xidməti borcunu yerinə yetirən əsgərlər üçün yaradılan şəraitlə tanış olmuşdur. Akademiyamızın tələbələri YAP Gənclər Birliyinin İqtisadi İnkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi "Dünyada baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və yeri", "Təbii sərvətlərimizə sahib çıxaq, ətraf mühitimizi qoruyaq" adlı məqalə müsabiqələrində iştirak etmiş və mükafatçılar sırasına düşə bilmişdir. Ümumimilli Lider Heydər Əliyevin 86 illiyinə həsr edilmiş bilik müsabiqəsində Akademiyanın tələbələrindən təşkil olunmuş komanda özünü ən yaxşı tərəfdən göstərmiş və  Səbail rayonu üzrə ən yüksək nəticəni əldə etmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən hər il təşkil edilən “Tələbə baharı” tələbələrin yaradıcılıq festivalında da qaliblər sırasında Akademiyanın tələbələri yer almışdır. Bunlarla yanaşı TGT qeyri hökümət təşkilatları ilə də əməkdaşlıq etmiş, onların tədbir və konfranslarında yaxından iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Diskussiya Klubu Akademiya tələbələrinin ictimai fəaliyyətinin inkişafı üçün 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Diskussiya Klubunun sədri Akademiyanın çox istedadlı tələbəsi Tamerlan Dəmirbəylidir. Klub mütəmadi olaraq aktual elmi problemlərin həlli məsələlərinə həsr olunmuş seminar və dəyirmi masalar keçirir.
Akademiyanın Tələbə Gənclər Təkilatı 2009-2010 tədris ilində də fəaliyyətini davam etdirmiş,  17 noyabr Beynəlxalq Tələbələr gününə, Konstitutsiya gününə, internetdən istifadənin genişləndirilməsi üçün keçirilən internet forumlarda, Beynəlxalq QIÇS gününə həsr edilmiş tədbirlərdə və başqa bir çox layihələrdə iştirak etmişdir. Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin 2-ci kurs tələbələri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Konstitusuya gününə həsr edlmiş intelektual yarışda 2-ci yerə layiq görülmüşlər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən və 23 universitetin çıxış etdiyi bowling üzrə respublika birinciliyində III yer tutan DİA-nın tələbələri Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə keçirdiyi qaçış yarışı üzrə Səbail rayon birinciliyində də qaliblər sırasına daxil ola bilmişdir. Akademiyanın “Nə? Harada? Nə zaman?” Klubu da bu dövr ərzində müxtəlif yarışlarda qüvvəsini sınamışdır. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə keçirilən respublika birinciliyində 4-cü yer tutan Akademiya İrəli İctimai Birliyi tərəfindən həyata keçirilən və 200-dən çox komandanın iştirak etdiyi turnirdə “ABŞERON-1” komandası ilə yenə də  4-cü yerə layiq görülmüşdür. Akademiyamız bu dövrdə qeyri-hökumət təşkilatları ilə əlaqəni gücləndirmiş və onlarla bir sıra layihələr həyata keçirmişdir. İrəli İctimai Birliyi ilə birgə təşkil edilən ”QİÇS və Narkomaniya ilə mübarizə”  seminarlarının təşkili bu tip layihələrə nümunə kimi göstərilə bilər. Seminarlar Respublikanın bir neçə ali məktəblərində təşkil edilmiş və tələbələrin maarifləndirilməsində olduqca mühim rol oynamışdır. 2009-cu ildə baş verən digər bir əlamətdar hadisə Akademiyada Vətənpərvərlik klubunun yaradılması oldu. Elvin Məmmədli klubun sədri, Vüqar Rüstəmli sədr müavini seçildi. Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının fəaliyyəti dövlət orqanlarının  da diqqətindən qaçmamış, layiqincə qiymətləndirilmişdir.TGT Səbail rayonunda təşkil edilən ictimai tədbirlərdə fəal iştiraka görə Səbail rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilmişdir. 20 noyabr tarixi Tələbə Gənclər Təşkilatları üçün olduqca tarixi bir günə çevrildi, çünki artıq 5 ilə yaxın ayrılıqda fəaliyyət göstərən TGT-lər vahid qurum olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında birləşdirildi. Təsis qurultayında Şahin İsmayılov səs çoxluğu ilə İttifaqın sədri seçildi. Dövlət İdarəçilik Akademiyasının TGT sədri Taleh Quliyev sədr müavini təyin edildi. İttifaq qısa dövr ərzində özünü doğrultdu və bir sıra respublika səviyyəli layihələr həyata keçirdi. Dekabr ayında Azərbaycanda ilk dəfə bütün ali məktəblərinin iştirakı ilə Həmrəylik günü vəYeni ilə həsr edilmiş şənlik keçirildi. İttifaqın 20 Yanvar matəm günü münasibəti ilə keçirdiyi “Mənim 20 yaşım var” aksiyası da respublikada olduqca yüksək qiymətləndirildi.

FOTO>>>

.


Untitled Document

As far as, there is independent Azerbaijan Government, there are Azerbaijan people,
Heydar Aliyev
will live in the hearts !

 

../albom/bayraq-xarita.jpg

Our Statehood

- Republic of Azerbaijan

- Declaration of Independence (28 May 1918)

- Act of Independence (18 October 1991)

-Constitution (12 November 1995)

- State symbols

AllWebMenus



The
national
flag
AllWebMenus

The national
emblem
AllWebMenus

The national
anthem

 

 

Untitled Document

Basic page       About site      Photo album      Connections    Forum

Untitled Document