|
Untitled Document
|
Untitled Document
|
Elmi prioritetlər
|
Akademiyada elmi-tədqiqat işlərinin əsas və prioritet istiqamətləri keçid dövründə dövlətçilik, demokratiya, idarəçilik istiqamətində olan bloklar əsasında formalaşır. Bu istiqamətlərin əsas məğzini dövlət və sosial idarəetmənin müxtəlif aspektlərinə dair mövzular təşkil edir. Dövlət idarəçiliyində yeni sistemin və yeni prinsiplərin formalaşması hər şeydən əvvəl respublikada aparılan siyasi və iqtisadi islahatlarda təşəkkül tapmışdır. Dövlət idarəçiliyi nəzəriyyəsi və təcrübəsinin öyrənilməsi məqsədi ilə Akademiyada mühüm tədqiqatlar aparılması ön plana çəkilmişdir.
Keçid dövrünün idarəetmə münasibətləri və idarəetmə mədəniyyəti tədqiqatçılarda böyük maraq yaradır. Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyinin hüquqi əsasları və bu sahəyə dair tədqiqatlar da aparılır.
|
|
|
|
Untitled Document
|