Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
Təhsil
Elmi prioritetlər
DİA-ya qəbul qaydaları
DİA-nın strukturu
• Xəbərlər
• Elanlar
• Beynəlxalq əlaqələr
• Partnyorlar
Rektor
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Dövlət qulluğu və kadr siyasəti
Dövlət idarəetməsi və menecment
Dövlət idarəçiliyində informasiya texnologiyaları
Dövlət idarəçiliyinin hüquqi təminatı
Dövlət quruculuğu və hüquq
İqtisadiyyatın dövlət tənzimlənməsi
Politologiya və siyasi idarəetmə
Beynəlxalq münasibətlər və xarici siyasət
Tarix
Fəlsəfə və sosial psixologiya
Dillər
Ümumi məlumat
Elektron kitabxana
EBSCO məlumat bazası
Kitablar
Jurnallar
İctimai təşkilatlar
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT
TƏQAÜDÇÜLƏRİMİZ

FAYDALI LİNKLƏR

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının Milli Məclisi


 







 









 

 

 

Untitled Document

"Dövlət qulluğu və kadr siyasəti" kafedrası

“Dövlət qulluğu və kadr siyasəti” kafedrası respublikada analoqu olmayan bir kafedradır. Ölkənin heç bir tədris müəssisəsində bu profildə kafedra yoxdur. Həm də burada tədris olunan fənlərin heç biri əvvəllər Azərbaycan Respublikasının tədris sistemində olmamışdır.
Burada Azərbaycan və rus dillərində təhsilin bütün növlərini əhatə etməklə 23 fənn tədris edilir. Bunların 9-u bakalavr pilləsində (Siyasi idarəetmə və İnzibati idarəetmə fakültələrində), 7-si magistratura pilləsi üzrə və 7 fənn isə “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində tədris olunur. Bakalavr pilləsi üzrə “Siyasi idarəetmə” fakültəsində Dövlət qulluğu və kadr siyasəti, İnformasiya prosesləri və informasiya siyasəti, İnzibati etiket və dövlət məmurunun xidməti nüfuzu, “İnzibati idarəetmə” fakültəsində  İnzibati etiket və dövlət məmurunun xidməti nüfuzu, Dövlət qulluğu və kadr siyasəti, İnformasiya prosesləri və informasiya siyasəti, İnzibati islahatlar, İnzibati idarəetmədə müasir nəzarət mexanizmləri, İnzibati idarəetmənin beynəlxalq təcrübəsi, İnsan resurslarının idarə olunmasının müasir problemləri, İdarəetmədə kargüzarlıq, Heyətin idarəedilməsi; Magistr pilləsi üzrə Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, Dövlət qulluğunun beynəlxalq təcrübəsi, Azərbaycan Respublikasında dövlət idarəçilik sisteminin islahatı, Akmeologiya, İdarəetmə konsaltinqi, İdarəetmədə ictimaiyyətlə əlaqələr, Kadr menecmentinin sosiologiyası;  “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində isə Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsi, İnzibati etiket və dövlət məmurunun xidməti nüfuzu, Dövlət qulluğu və kadr siyasəti, Heyətin idarəedilməsi, İdarəetmədə sənədlərlə iş, İctimaiyyətlə əlaqələrin idarə olunması, İnformasiya prosesləri və informasiya siyasəti fənləri tədris olunur. Fənlər üzrə tədris proqramları tərtib olunur və nəşr edilmişdir.
Tədris prosesində dövlət qulluğunun beynəlxalq təcrübəsinin, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində nomenklatura sistemindən müasir dövlət qulluğu sisteminə keçilməsi təcrübəsinin, müstəqil Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması və inkişafı proseslərinin öyrənilməsinə xüsusi diqqət yetirilir.
Kafedranın formalaşması və inkişafında beynəlxalq əməkdaşlığın böyük rolu olmuşdur. Əməkdaşların bir neçəsinin Rusiya Federasiyası Prezidenti yanında Dövlət qulluğu Akademiyasında, Ankaranın Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutu və Ankara Dövlət Universitetinin siyasi elmlər fakültəsində yüksək ixtisaslı mütəxəssis kimi hazırlıq keçib dissertasiya müdafiə etməsi təbii olaraq həmin mərkəzlərdə qazanılan təcrübədən geniş istifadə olunmasına şərait yaratmışdır.
Əməkdaşlar digər ölkələrin dövlət idarəçiliyi məktəbləri ilə də təmasda ola bilmişlər. Xüsusilə də Kanada Beynəlxalq Təhsil Bürosu, Litva Dövlət İdarəçiliyi İnstitutu və Ukrayna Dövlət İdarəçiliyi Akademiyası ilə əlaqədar çox sıx və səmərəli olmuşdur.
Kafedranın elmi fəaliyyəti dövlət siyasəti və dövlət qulluğunun aktual problemlərinə həsr olunmuşdur.

 

 

Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

../albom/bayraq-xarita.jpg

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev

 

Dövlətçiliyimiz

- Azərbaycan Respublikası

- İstiqlal Bəyannaməsi (28 may 1918)

- Müstəqillik aktı (18 oktyabr 1991)

- Konstitusiya (12 noyabr 1995)

- Dövlət rəmzləri

AllWebMenus


Dövlət
bayrağı
AllWebMenus Dövlət
gerbi
AllWebMenus
Dövlət
himni


       

 

 


 

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document