Hazırda Akademiyada professor-müəllim heyəti ilə yanaşı inzibati-təsərrüfat işçiləri də çalışır. Burada İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzi, Geostrateji Araşdırmalar Mərkəzi, Mətbuat və İnformasiya Xidməti, Nəşriyyat, Beynəlxalq əlaqələr, Aspirantura və doktorantura, Tələbə və müdavimlər, Tədris, Kadrlar şöbələri, Ümumi şöbə, İnformasiya Texnologiyaları mərkəzi, Elmi kitabxana, yataqxana, professor-müəllim və tələbələr üçün sahəsi 700 kv.m. olan iki zal və 4 otaqdan ibarət yeməkxana, idman zalı mövcuddur. Akademiyada həmçinin, Böyük Elmi Şura, fakültələrdə Elmi-metodik Şuralar fəaliyyət göstərir.
Akademiyada Kadrların ixtisasartırması və yenidən ixtisaslaşması, İnzibati idarəetmə və Siyasi idarəetmə fakültələri, aşağıda adları göstərilən kafedralar fəaliyyət göstərir:
- «Dövlət qulluğu və kadr siyasəti» kafedrası
- «Politologiya və siyasi idarəetmə» kafedrası
- «Dövlət idarəçiliyinin hüquqi təminatı» kafedrası
- «Dövlət quruculuğu və hüquq» kafedrası
- «Tarix » kafedrası
- «Fəlsəfə və sosial psixologiya» kafedrası
- «Beynəlxalq münasibətlər və xarici siyasət» kafedrası
- «İqtisadiyyatın dövlət tənzimlənməsi» kafedrası
- «Dövlət idarəetməsi və menecment» kafedrası
- «Dövlət idarəçiliyində informasiya texnologiyaları» kafedrası
- «Dillər» kafedrası
|