|
Untitled Document
|
Untitled Document
|
Böyük Elmi Şura
|
Böyük Elmi Şura 18 sentyabr 2000-ci il tarixində Akademiyanın Nizamnaməsinə uyğun olaraq rektorun verdiyi əmr əsasında 41 nəfərdən ibarət tərkibdə yaradılmışdır. Böyük Elmi Şura DİA-nın elmi potensialını dövlət idarəçiliyi sistemi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaq sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi işinə cəlb etmək istiqamətində fəaliyyət göstərir. Həmin fəaliyyət təsdiqlənmiş illik iş planı əsasında həyata keçirilir. Burada müvafiq tədris ilində Elmi Şuranın müzakirəsinə verilən məsələlər öz əksini tapır və Akademiyanın həyatının bütün sahələrini əhatə edir.
Hər il Böyük Elmi Şuranın iclaslarında Akademiyaya tələbə qəbulunun yekunları, kafedralarda elmi və elmi-metodik seminarların təşkili, yoxlama-imtahan sessiyalarının mütəşəkkil keçirilməsinə hazırlıq tədbirləri və sessiyaların yekunları haqqında, Akademiyada elmi-tədqiqat işlərinin yekunları, elmi-metodiki işlər, dərslik və dərs vəsaitlərinin, fənn proqramlarının hazırlanması məsələləri, buraxılış işlərinin, magistr dissertasiyalarının hazırlanmasının gedişi, müdafiəsinin təşkili və mütəşəkkil keçirilməsi, DİA-nın beynəlxalq əlaqələri, onun genişləndirilməsinin perspektivləri kimi məsələlər müzakirə edilir, müvafiq qərarlar qəbul olunaraq həyata keçirilir.
|
|
|
|
Untitled Document
|