Untitled Document
Untitled Document
AZ RU EN
• Akademiya haqqında
• Akademiyanın yaradılması haqqında fərman
• Beynəlxalq əlaqələr
• Xəbərlər
• Elanlar
Rektor
Rektorun elmi əsərləri
Böyük Elmi Şura
Elmi-Metodiki Şura
İxtisaslaşdırılmış Müdafiə Şurası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi
Elmi hissə
• Təhsil
• Struktur

• Rəhbər kadrların ixtisasının artırılması
İnzibati idarəetmə
• Siyasi idarəetmə

Elmi prioritetlər
Kitablar
Jurnallar
• Dövlət İdarəçilik Akademiyasına qəbul qaydaları
• Həmkarlar İttifaqı Komitəsi
• Tələbə-Gənclər Təşkilatı
• Tələbə Elmi Cəmiyyəti

PREZİDENT TƏQAÜDÇÜLƏRİMİZ



 

 







 









 

 

 

Untitled Document
BEYNƏLXALQ ƏLAQƏLƏR

Dövlət İdarəçilik Akademiyası hazırda dünyada mövcud olan hökumətlərarası sazişlər, ali məktəblərlə, xarici idarə və təşkilatlarla müqavilələr, dövlət qulluğu kadrlarinin hazırlanması məsələləri üzrə beynəlxalq və milli birliklərin, idarələrin və təşkilatlarin layihələri çərçivəsində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının beynəlxalq əməkdaşlıq proqramlarını  həyata keçirir.
Dövlət İdarəçilik Akademiyası fəaliyyətə başladığı vaxtdan Avropa Birliyinin bir neçə layihəsin iştirakçısı olmuşdur: TEMPUS-TACİS proqramı çərçivəsində 1999-2001-ci illər ərzində Fransanın Bordo və Qrenobl Siyasi Elmlər institutları, İspaniyanın Barselona universiteti ilə əməkdaşlıq etmiş və mövcud proqramlar çərçivəsində bu ali məktəblərlə birlikdə «Avroazer. Modernləşdirilmiş idarəetmə və beynəlxalq aləmə çıxış» layihəsinin  həyata keçirilməsində iştirak etmişdir.
Yaradılan konsorsiuma Dövlət İdarəçilik Akademiyası, Qrenobl Siyasi Elmlər İnstitutu, Bordo Siyasi Elmlər İnstitutu, Barselona Universiteti daxil olmuş, müqavilələr və niyyət protokolları imzalanmışdır.
Layihənin əsas məqsədi - DİA-nın inzibati strukturlarının təkmilləşdirilməsi və inzibati proseslərin (idarəetmə xidmətlərinin, maliyyə idarəçiliyinin, sənədləşdirmənin) qanunun tələblərinə uyğun şəkildə modernləşdirilməsinə nail olmaq olmuşdur.
Bununla yanaşı, layihədə kitabxana işinin müasirləşdirilməsi və kompüterləşdirilməsi, ümumilikdə Akademiyanın müasir kompüterlərlə təchiz olunması və beynəlxalq şəbəkəyə qoşulması da nəzərdə tutulmuş və uğurla həyata keçirilmişdir.
2003-cü ildə Avropa İttifaqının Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsinə yardım üzrə TASİS proqramı layihəsi Dövlət İdarəçilik Akademiyasının binasında öz ofisini açmışdır. 2004-cü ilin sonunadək davam etdirilməsi nəzərdə tutulan layihə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun icra olunması strateqiyasının, eləcə də dövlət qulluğuna dair təlimatların işlənib hazırlanmasına, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təşkilinə, dövlət qulluğu sahəsində heyətin idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasına, müvafiq tədris materiallarının, habelə dövlət idarəetməsi sistemi səhəsində islahatlar strategiyasının hazırlanmasına yardım etmək məqsədi daşımışdır.
Son illərdə Dövlət İdarəçilik Akademiyası aşağıdakı tədris ocaqları ilə protokollar imzalamışdır : Paris Milli Ali İdarəçilik Məktəbi (2002-ci il), Belarusiya Prezidenti yanında İdarəçilik Akademiyası (2002-ci il), Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (2002-ci il), Türkiyə və Orta Şərq Dövlət İdarəetməsi İnstitutu (11 may 2003–ci il), Kanada Beynəlxalq Təhsil Bürosu (1 oktyabr 2003), Litva Dövlət Idarəçilik İnstitutu (29 iyun 2004), Jenevrə Beynəlxalq Tədqiqatlar İnstitutu (13 iyul 2005).
Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Paris Ali Milli İdarəçilik Məktəbi (ENA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında «Dövlət İdarəçilik Akademiyasının inkişafına dəstək» layihəsi müvəfəqiyyətlə həyata keçirilir.
8 il müddətində davam edən əməkdaşlıq bütün dünyada tanınan bu nüfuzlu təhsil ocağı ilə İdarəçilik Akademiyasının əlaqələrinin genişlənməsi və təcrübə mübadiləsində çox mühüm rol oynayır. Dünyanın məşhur siyasətçilərinin, tanınmış dövlət xadimlərinin məzunu olduğu Paris Ali Milli İdarəçilik Məktəbi 1945-ci ildən- yarandığı ilk gündən fəaliyyətini dövlət başçılarının, diplomatik nümayəndələrin, dövlət məmurlarının hazırlanması istiqamətində qurmuşdur. Belə bir nüfuzlu ali məktəblə əlaqələr, şübhəsiz ki, respublikamızda idarəçilik kadrlarının hazırlanması və dövlət məmurlarının ixtisaslarının artırılması işinə böyük köməkdir.
Layihə çərçivəsində ENA tərəfindən İdarəçilik Akademiyasına müxtəlif vaxtlarda göndərilmiş dövlət qulluqçuları və həmin məktəbin müəllimləri  Rafael Hadas Löbel, ərazi administrator Patrik Noddinqs, Fransa Baş nazirinin texniki məsələlər üzrə müşaviri, cənab Jan Benua Albertini, prefekt, baş administrasiya üzrə müfəttiş Daniel Limodin, hesablama palatasının auditoru Frank Besset, Fransa Dövlət Şurasının məruzəçisi Bernar Pinorol və Paris  Panteon Sorbon Universitetinin professoru Jerar Timsit, Hesablama Palatasının baş müşaviri xanım Klod Trupən Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarının və  dövlət məmurlarının da daxil olduğu qruplarda seminarlar keçirmişlər. Onlar öz mühazirələrində Fransanın dövlət idarəçiliyi sahəsindəki təcrübəsi, Fransa modeli haqqında ətraflı məlumat vermiş, geniş müzakirələr aparmışlar.
Məsələn, 2002-2006-cı illərdə həyata keçirilməsi nəzərdə tutulmuş layihəyə əsasən azərbaycanlı mütəxəssislər 2006-ci ilin mart ayının 17-dən-25-dək ENA-da təcrübədə olmuşlar.
Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin bir neçə məsul əməkdaşı və  Akademiyanın bir qrup müəllimi  Fransanın Paris və Strasburq şəhərlərində təcrübədə olmuş, bir sıra tədbirlərdə iştirak emişlər. 
Proqramın sonunda azərbaycanlı mütəxəssislərə sertifikatlar verilmişdir.
Ölkələrimiz arasında  idarəçilik üzrə təhsil əlaqələrini genişləndirmək məqsədilə 2007-ci ilin oktyabr ayının 6-dan 13-nə kimi Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, prof. S.T.Qəndilov, tədris işləri üzrə I prorektor prof. Ə.Abdullayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri  L.F.Əhmədova və Dillər kafedrasının müəllimi Ş.Ağalarova Fransanın Paris, Strasburq və Mets şəhərlərində fəaliyyət göstərən Ali İdarəçilik məktəblərində (ENA-da)  işgüzar səfərdə olmuşlar.
Nümayəndə heyətimizin Fransaya səfəri Paris Milli İdarəçilik Məktəbi  haqqında daha ətraflı informasiya alması və mövcud olan əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olmuşdur. 
Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında da protokol imzalanmışdır. Ölkələrimiz arasında idarəçilik üzrə təhsil əlaqələrini genişləndirmək məqsədilə 2003-cü ilin may ayının 21-də imzalanmış bu mühüm əhəmiyyətli sənəd Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun rektoru, prof. doktor Turqay Ergünün ölkəmizə  səfəri zamanı həyata keçirilmişdir.
Sənəddə tərəflər arasında dövlət idarəçiliyi kadrlarının hazırlanması və ixtisasların artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, elmi əsərlərin, dərsliklərin, tədris-metodik və analitik informasiya materiallarının nəşri, müəllimlərin və inzibati heyətin staj keçmələri, ixtisaslarının artırmaları, tələbə və müdavimlərin təhsil almaları üçün şərait yaradılması və başqa məsələləri əks etdirilmışdır .
Bu layihəyə əsasən 2003-cü ilin sentyabr ayında maqistratura şöbəsinin və 2004-2008-ci illərin sentyabr aylarında «Rəhbər kadrların ixtisasının artırılması» fakültəsinin bir neçə dinləyicisi  Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutuna ezam olunmuşlar.
DİA və Kanada Beynəlxalq Təhsil Bürosu arasında 2003-cü il sentyabrın 1-də bağlanmış müqavilə əsasında əməkdaşlığımız bu gün də davam etməkdədir.
2006-ci ilin dekabran 23-də Dövlət İdarəçilik Akademiyasında Kanada Beynəlxalq İnkişaf Agentliyi və onun ixtisaslaşmış qurumu olan Kanada Beynəlxalq Təhsil Bürosu, eləcə də DİA-nın birgə həyata keçirdikləri «Dövlət siyasəti sahəsində beynəlxalq bilik standartlarının tətbiqi (PPKN)» saytının təqdimat mərasimi keçirilmişdir.
Yeni sayt bir neçə bölmədən- dövlət siyasətinin təhlili, iqtisadi təhlil, dövlət siyasətinin gender təhlili, elektron hökümət, dövlət qulluğu etikası və digər mövzular üzrə bölmələrdən ibarətdir. Hər bölmədə bu istiqamətlər üzrə mövcud materiallar, məqalələr, kitab və ensiklopedik materiallar toplanmışdır. Bununla yanaşı, layihə çərçivəsində respublikamızda ilk dəfə olaraq Azərbaycan dilində 3 istiqamət üzrə DİA-nın müəllimləri tərəfindən hazırlanmış dərs vəsaitləri və ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş bir neçə kitab yerləşdirilmişdir.
Saytın strukturunda bir sıra xüsusiyyətlər mövcuddur. Belə ki, sayta materiallar yerləşdirmək imkanı olan şəbəkə üzvləri ilə yanaşı, istənilən internet istifadəçisi burada yerləşdirilmiş materiallardan istifadə edə bilər.
Sayta həmçinin müntəzəm olaraq Azərbaycanla bağlı yeniliklər və maraqlı məlumatlar yerləşdirilir. Saytın daha da dolğun olması istiqamətində işlər davam etdirilir.
Akademiyamızın beynəlxalq əlaqələrində Litva Dövlət idarəçilik İnstitutu ilə  əməkdaşlıq haqqında bağlanan müqavilə mühum yer tutur.
2004-cü ilin sentyabrın 28-dən oktyabrın 2-dək Dövlət İdarəçilik Akademiyasının rektoru prof. S. Qəndilov və Akademiyanın I prorektoru  prof. Ə. Abdullayev dövlət idarəçiliyi sahəsində kadr hazırlığı və onların ixtisasartırılması sahəsində toplanmış təcrübəni öyrənmək məqsədi ilə Litva Respublikasında ezamiyyətdə olmuşlar. Səfər zamanı Avropa İttifaqına yenicə qəbul olunmuş bu ölkədə qeyd olunan sahədə aparıcı təhsil, tədqiqat və təlim mərkəzləri olan Litva Dövlət İdarəçiliyi İnstitutunda, Litva Dövlət Hüquq Universitetində, bələdiyyə idarəçiliyi üzrə «Daynana» (Druskininkay) təlim mərkəzində görüşlər keçirilmiş və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilmişdir. Müzakirələrin nəticəsi olaraq 2004-cü ilin iyun ayının 29-da Litva Dövlət İdarəçiliyi İnstitutu ilə ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanmışdır. Bu müqavilə əməkdaşlığın aşağıdakı formalarda həyata keçirilməsini nəzərdə tutur: dövlət qulluqçularının ixtisasartırmasını təkmilləşdirmək üçün təcrübə mübadiləsi, dövlət müəsissələri heyətinin peşə vərdişlərinin artırılması məqsədi ilə müəllim və mütəxəssislər mübadiləsi,dövlət idarəçiliyi sistemində islahatlar aparılması səhəsində təcrübə mübadiləsi və s).
Bu sənədə əsasən Avropa İttifaqının fəaliyyəti ilə bağlı Litva parlamentinin deputatı, vaxtilə Avropa Komisiyasının Baş direktoru olmuş Pətras Auştraviçus  dəfələrlə Akademiyada  Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatının, Milli Məslisin, müxtəlif nazirliklərin, icra strukturlarının nümayəndələri və akademiyanın əməkdaşları və müəllimləri üçün « Avropa İttifaqına üzvlüyə daxil olmaq üçün hazırlq prosesi»,  «Avropa İttifaqının iqtisadi və büdcə siyasəti»,  « Avropa İttifaqının hüquqi əsasları», «Avropa İttifaqının maliyyələşdirdiyi proqramlara» mövzusunda treninqlar keçirmişlər .
DİA rəhbərliyi  Litva Dövlət İdarəçilik İnstitutu ilə ikitərəfli əlaqələrin inkişafına ciddi əhəmiyyət verir və bu istiqamətdə xüsusi iş aparır.
        ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ABŞ-ın «Fulbrayt» proqramının təqaüdçüləri İraq Baş Proqramının koordinatoru, Missisipi Universtitenin professoru Kessi Stromayl Qolden və Sent- Paul şəhərinin Minesota ştatında Vilyam Mitçel Hüquq Kollecinin  Professoru, eləcə də Corctaun Universitetini mərkəzinini və ABŞ-nın hüquq Assosiasiyasının həqiqi üzvü, Jessika Pouley Hayden  DİA-da bir neçə ay ərzində sissilə mühazirələr oxumuşlar.
Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələri arasında Almaniya ilə saxlanılan elmi əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq əlaqələrin inkişafını diqqət mərkəzində saxlayan Akademiyanın rəhbərliyi Almaniyanın DİAD, QTZ, Fridrix Nauman Ştiftunq fondları ilə əlaqə yaratmışdır. Bu təşkilatların təşəbbüsü ilə Akademiyada Almaniyanın tanınmış dövlət xadimləri  ilə görüşlər keçirilmişdir.
DİA üçün dünyanın bütün dövlətlərinin, ö cümlədən İsveçrənin dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan regional təhsil ocaqları ilə qarşılıqlı faydalı əməkdaşlıq və dostluq əlaqələri qurmaq çox böyük əhəmiyyət kəsb edir.
Odur ki, 2005-ci ilin iyul ayının 12-də Cenevrə Beynəlxalq Tədqiqatlar İnstitutu ilə DİA-da  arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə 1997-ci ildən etibarən fəaliyyət göstərən “Beynəlxalq əlaqələrlə imkanların genişlənməsi”  layihəsi (Capacity Buildung in International Relatios Project, http// www.cabir.org)  üzrə indiyədək Cənubi Qafqazda 14 belə layihə həyata keçirilmişdir. Əsas məqsədi gənc dövlət qulluqçuların gələcək inkişafına kömək göstərmək olan layihə bu istiqamətdə dövlətlərarası əlaqələrinin inkişafında böyük əhəmiyyətə malikdir.
Bu vaxtdan etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının (SDC)  Cənubi Qafqaz üzrə əlaqələndirici ofisinin dövlət orqanlarında çalışan gənc əməkdaşları üçün «Beynəlxalq ticarət siyasəti və ümumdünya ticarət təşkilatı», «İnsan hüquqları»  adlı təlim kursları öz işinə başlamışdır.
Cenevrə Beynəlxalq Tədqiqatlar İnstitutunun Akademiya ilə birgə təşkil etdikləri kurslarda Azərbaycanın və Gürcüstanın  Xarici işlər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Milli Təhlükəsizlik nazirlikləri, Milli Bank, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və digər təşkilatlarda çalışan mütəxəssislər iştirak etmişər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Almaniyanın Kil Universiteti, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və Qazaxstanın Əl-Fərabi adına Milli Universiteti ilə birgə «Azərbaycan, Gazaxstan və Rusiyada xarici investisiya hüququ» layihəsi çərçivəsində 21-23 noyabr 2008-ci il tarixdə « İnvestisiya müqavilələrinin hüquqi aspektləri» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda Almaniyadan prof. Trunk və prof. Hausman, İnqiltərənin Cefri Salivan, Rusiyadan prof. Velyaminov, prof. Prof. Faxruddinov, Qazaxstandan prof. Moroz, prof. Suleymenov, YQTKTAD-dan cənab Hamed Al-Kadi, MİQA-dan cənab Tomas Mahaffi və digər qonaqlar iştirak etmiş və müxtəlif maraqlı məruzələrlə çıxış etmişlər.
Bununla yanaşı layihə çərçivəsində Dövlət İdarəçilik Akademiyasında «İnvestisiya hüququ sektoru» yaradılmışdır.
DİA-nın müəllim və tələbələrinin Azərbaycanda fəaliyyətdə olan xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatları ilə vaxtaşırı görüşləri təşkil olunur.
2010-cü ildə Dovlət İdarəçilik Akademiyasının beynəlxalq əlaqələrinin daha da genişlənməsi nəzərdə tutulur.

 

 




































Untitled Document



Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var,
Heydər Əliyev
ürəklərdə yaşayacaqdır !

 

Azərbaycanın dövlət müstəqilliyi yaşamış, möhkəmlənmiş, inkişaf etmiş, Azərbaycan dünya birliyində, bütün beynəlxalq təşkilatlarda öz yerini tutmuş, Azərbaycanın bayrağı bütün qitələrdə müxtəlif tədbirlərdə yüksəlmiş, Azərbaycanın Himni dünyanın hər yerində səslənmişdir.

Heydər Əliyev


AZƏRBAYCAN DÖVLƏTININ RƏMZLƏRI

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.


DÖVLƏT BAYRAĞI

Azərbaycan Respublikasının müstəqillik rəmzi olan üç rəngli, ay-ulduzlu bayraq 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Bayraqdakı mavi rəng türkçülüyü, qırmızı müasirliyi, yaşıl islam ideologiyasını ifadə edir.
Bayrağımızdakı aypara şəklinin maraqlı tarixi var. 1453-cü ildə Konstantinopol (indiki İstanbul şəhəri) Osmanlı sultanı II Mehmed Fateh tərəfindən fəth edildi. Osmanlı türkləri aypara işarəsini özlərinin dövlət rəmzi kimi qəbul etdilər. Bir müddət sonra Osmanlı imperiyası bütün dünyada islamın təmsilçisinə çevrildi. Beləliklə, aypara müsəlman aləmində həmrəylik, hürriyyət, yardım rəmzi kimi qəbul edildi. Hazırda bir sıra müsəlman dövlətlərinin bayrağında bu rəmzi görmək olar.
Səkkizguşəli ulduza gəldikdə isə, bu element Azərbaycan memarlıq, zərgərlik, şəbəkə sənətində geniş yayılmış ornament növlərindəndir. Belə bir fikir də var ki, səkkiz guşə “Azərbaycan” sözünün ərəb əlifbası ilə yazılışındakı 8 hərfi işarədir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT GERBİ

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin qabarıq təsviri:
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Musiqisi:
Üzeyir Hacıbəyovun
Sözləri:
Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!



General Information

İŞĞAL OLUNMUŞ RAYONLAR HAQQINDA QISA MƏLUMAT


Kəlbəcər
İşğal olunmuşdur –
1993-cü il 2 aprel
Ərazisi -1936 km2
Əhalisinin sayı -55000
Şəhid olmuşdur -217
Əlil olmuşdur -49
Milli qəhrəmanlar -2
Xocavənd
İşğal olunmuşdur -
1992-cü il 2 oktyabr
Ərazisi -1458 km2
Əhalisinin sayı -9011
Şəhid olmuşdur -145
Əlil olmuşdur -48
Ağdam
İşğal olunmuşdur -
1993 – cü il 23 iyul
Ərazisi -1154 km2
Əhalinin sayı -158000
Şəhid olmuşdur -538
Əlil olmuşdur -587
Milli qəhramanlar -17
Laçın
İşğal olunğuşdur -
1992 – ci il 18 may
Ərazisi -1875 km2
Əhalinin sayı -60000
Şəhid olmuşdur -259
Əlil olmuşdur -225
Milli qəhramanlar -6
Şuşa
İşğal olunmuşdur -
1992 - ci il 8 may
Ərazisi -289 km2
Əhalinin sayı -24900
Şəhid olmuşdur -193
Əlil olmuşdur -102
Milli qəhramanlar -5
Xocalı
İşğal olunmuşdur -
1992-cü il 26 fevral
Ərazisi -970 km2
Əhalinin sayı -11567
Şəhid olmuşdur -613
Əlil olmuşdur -657
Milli qəhrəmanlar -10
Cəbrayıl
İşğal olunmuşdur -
1993 – cü il 23 avqust
Ərazisi -1050 km2
Əhalinin sayı -52049
Şəhid olmuşdur -347
Əlil olmuşdur -172
Milli qəhramanlar -4
Füzuli
 İşğal olunmuşdur -
1993 – cü il 23 avqust
Ərazisi -1112 km2
Əhalinin sayı -95940
Şəhid olmuşdur -528
Əlil olmuşdur 1309
Milli qəhramanlar -6
Qubadlı
İşğal olunmuşdur -
1993-cü il 31 avqust
Ərazisi -826 km2
Əhalinin sayı -33800
Şəhid olmuşdur -232
Əlil olmuşdur -146
Zəngilan
İşğal olunmuşdur -
1993-çü il 29 oktyabr
Ərazisi -707 km2
Əhalinin sayı -35500
Şəhid olmuşdur -191
Əlil olmuşdur -110
Milli qəhrəmanlar -2

 

 

 

 

 

Untitled Document

Əsas səhifə      Sayt haqqında      Fotoalbom      Əlaqə vasitələri     Forum

Untitled Document