| |
|
|
QANLI YANVAR FACİƏSİNİN
22-Cİ İLDÖNÜMÜ

20 yanvar - Ümumxalq Hüzn günü
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi həkk olunmuşdur. Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də sovet ordusunun hərbi hissələri Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Beləliklə, Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz edilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış və qəddarcasına qətlə yetirilmişdir.
Qanlı Yanvar günlərində 147 nəfərin şəhid olması, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması ilə nəticələnən qanlı aksiya xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi idi. Xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək pisləmiş, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirmişdi.
FOTO >>>
__________________________________________________________________
|
19.01.2012
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 yanvar faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbir başlanmazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş daha sonra faciəni əks etdirən video slaydı nümayiş etdirilmişdir.
daha ətraflı >>>
|
|
13.01.2012
Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək strategiyanın həyata keçirilməsində elmi yanaşmanın zəruriliyini nəzərə alaraq dəyirmi masa keçirilmişdir.
daha ətraflı >>>
|
|
|
Əziz kollektiv üzvləri, əziz tələbələr !
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2012-ci - Yeni il bayramı münasibətilə təbrik edirik! Sizə möhkəm cansağlığı, uzun ömür və Yeni ildə hər kəsə yeni uğurlar diləyirik !
Bayramınız mübarək !
Rektorluq |
29.12.2012
|
|
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 dekabr – Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni - 2012-ci il münasibətilə tədbir keçirilmişdir. Tədbiri Akademiyanın rektoru, Akademik Urxan Ələkbərov açaraq İdarəçilik Akademiyasının professor-müəllim, tələbələri və bütün kollektivini Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, onlara həyatda və işlərində uğurlar arzulamışdır.
daha ətraflı >>> |
27.12.2011
 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə akademik
URXAN KAZIM OĞLU ƏLƏKBƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin olundu.
______________________________________
|
26.12.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 19-23 dekabr 2011-ci il tarixində keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı başa çatmışdır.
daha ətraflı >>>
|
|
19.12.2011
15-16 dekabr 2011-ci il tarixlərində DİA Həmkarlar Komitəsinin Şahmat Klubunun təşkilatçılığı ilə şahmat turniri keçirilmişdir.
Qaliblər kateqoriyalar üzrə müəyyən olunmuşdur.
daha ətraflı >>> |
12.12.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdi. Mərasimdə Akademiyanın professor-müəllim, tələbə və müdavimləri iştirak etmişlər.
daha ətraflı >>> |
|
07.12.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” adlı beynəlxalq konfransın iştirakçıları Suraxanı rayonunda olmuşlar.
daha ətraflı >>> |
06.12.2011
Azərbayca Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı dekabrın ikigünlük beynəlxalq konfrans dekabrın 6-da işini bölmə iclaslarında davam etdirmişdir.
daha ətraflı >>> |
|
05.12.2011
05 dekabr 2011-ci ildə Azərbayca Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı, BMT və TİKA-nın dəstəyi ilə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı ikigünlük beynəlxalq konfrans öz işinə plenar iclasla başlamışdır.
daha ətraflı >>>
|
05-06 dekabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” adlı beynəlxalq konfrans keçiriləcəkdir.
Konfrans haqqında məlumat:
****************************************************************************
|